Nardaranda yenə silah-sursat tapıldı
Bakının Nardaran qəsəbəsində silah-sursat tapılıb.
APA TV-nin DİN-in saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Sabunçu rayon Polis İdarəsi əməkdaşları tərəfindən Nardaran qəsəbəsində torpağa basdırılmış 1 ədəd nömrəsi silinmiş, qundağı kəsilmiş “AKM” markalı silah, 5 ədəd patron və 1 ədəd patron darağı, məişət tullantıları qutusundan isə 1 ədəd nömrə silinmiş “Revolver” tipli tapança tapılıb.