Temperatur 7 dərəcə enəcək, qar yağacaq

Dekabrın 4-də Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, havanın arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir.

 

Gecə və səhər yarımadanın bəzi yerlərində yağışın sulu qara keçəcəyi, günün ikinci yarısında yağıntının tədricən kəsiləcəyi ehtimalı var. Havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv