Rusiya Türkiyədən gətirilməsi qadağan edilən məhsulların siyahısını genişləndirməyəcək
Rusiya hökuməti Türkiyədən gətirilməsi qadağan edilən məhsulların siyahısını genişləndirmək niyyətində deyil.
APA TV-nin Lenta.ru-ya istinadən məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.
Bu arada Rusiyanın baş naziri Dmitri Medvedev 2016-cı il yanvarın 1-dən Türkiyədən idxalı qadağan olunan məhsulların siyahısını təsdiq edib. Həmin siyahıya pomidor, rəngli kələm, brokoli, soğan, çiyələk, sitrus meyvələri, üzüm, alma, armud, ərik, şaftalı və digər meyvə-tərəvəz məhsullarının daxil edildiyi bildirilir.
Rusiyanın Mərkəzi Bankı Türkiyədən gətirilən məhsullara qadağa qoyulmasının ölkədə qiymət artımına gətirib çıxarmayacağını açıqlayıb. Ekspertlər isə bunun əksini düşünür.
Xatırladaq ki, bununla yanaşı, Rusiya hökuməti öz vətəndaşlarını Türkiyəyə getməməyə çağırıb.