Rusiyanın energetika naziri: "Türk axını" layihəsi dayandırıldı
Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərə açıqlamasında "Türk axını" qaz kəmərinin tikintisinin dayandırıldığını bildirib.
APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, "Qazprom"un idarə heyətinin sədri Aleksey Miller də məsələyə münasibət bildirib.
"Türkiyənin sözü gedən layihəyə ehtiyacı varsa, danışıqların aparılması üçün rəsmi Moskvaya müraciət edə bilər. Hələlik Ankara belə bir müraciət etməyib" - deyə o qeyd edib.
Qeyd edək ki, "Türk axını" layihəsi Rusiyadan Türkiyə ərazisinə Qara dənizin dibi ilə qaz kəmərinin çəkilməsini nəzərdə tutur. Tərəflər bu layihənin reallaşması barədə razılıq 2014-cü il dekabrın 1-də Ankarada keçirilən görüş zamanı əldə olunub. Bununla yanaşı, Rusiya-Türkiyə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın da fəaliyyəti dayandırılıb.