Azərbaycana ilk qar yağdı

Azərbaycanın şimal-qərb bölgəsinə ilk qar yağıb.

 

APA TV-nin məlumatına görə, bu gün saat 11:00 radələrindən başlayaraq respublikanın şimal-qərb bölgəsinə, Böyük Qafqaz sıra dağlarının cənub ətəyini əhatə edən Şəki, Qax və Zaqatala  rayonlarının  ərazilərinə ilk qar yağır.

 

Havanın  hərarəti yüksək dağlıq ərazilərdə mənfi 5-10 dərəcəyə, düzənlik ərazilərdə 0 dərəcə bəzi ərazilərdə isə müsbət 2-1 dərəcəyə qədər aşağı düşüb. Bölgədə ən çox qar Qax rayonunda müşahidə olunur. Hazırda rayonun İlisu kəndində qarın qalınlığı təqribən 10, Sarıbaş kəndində isə 20 sm-dir. Zaqatala rayonunun dağlıq ərazilərində qarın qalınlığı 5-7 sm, düzənliklərdə isə 2-3 sm təşkil edir.

 

Qar bölgədə təbii qazın və elektrik enerjisinin verilməsində problem yaratmayıb.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov