Bakıda 24 yaşlı qızı qatar vurdu
Nizami rayonunda qatar 24 yaşlı qızı vurub. APA TV-nin məlumatına görə, hadisə Keşlə qəsəbəsində qeydə alınıb.
24 yaşlı Çinarə Sadıqovanı Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatar vurub. Yaralı hadisə yerinə çağırılan təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlər əməliyyat olunan Çinarə Sadıqovanın vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Hadisə yerində polis əməkdaşları ölçülər götürüb müayinələr aparıblar. Faktla əlaqədar Nizami rayon Xətt Polis Şöbəsində araşdırmalar aparılır.