Bakıda külək ağacı aşırdı: 3 maşını əzildi

Ötən gecə Bakıda güclü küləklə yağan qar təsirsiz ötüşməyib. APA TV-nin məlumatına gör, paytaxtda güclü küləyin əsməsi nəticəsində ağac aşaraq 3 avtomobili əzib.

 

Hadisə Sabunçu rayonunun Əhməd Cavad küçəsində qeydə alınıb. Əsən güclü küləyə tab gətirməyən ağac yaşayış binasının həyətində olan avtomobillərin üzərinə aşıb. Nəticədə 3 avtomobilə ziyan dəyib.

 

Bina sakinləri hadisə barədə aidiyyəti qurumlara məlum veriblər.

Müəllif | Apa.Tv