"İlin adamı": Putin, yoxsa əl-Bağdadi?
"Time" jurnalı "İlin adamı" nominasiyasına namizədlərin adlarını açıqlayıb. APA TV-nin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın "Time" jurnalının "İlin adamı" nominasiyasının namizədləri siyahısına başçılıq edir.
Siyahıda həmçinin Almaniya kansleri Angela Merkel, ABŞ dövlət katibi Con Kerri, Türkiyə sahillərində həlak olmuş 3 yaşlı suriyalı Aylan Kurdinin də adı var. Jurnalın redaktorları onu da qeyd ediblər ki, bu ilin adamı adını İŞİD rəhbəri Əbu Bəkr əl-Bağdadi də ala bilər, çünki İŞİD bu il törətdiyi terror hadisələri ilə "tarix yazıb". Mükafatın qalibi dekabrın 9-da elan olunacaq.
Rusiya prezidenti Vladimir Putin daha əvvəl "Time" jurnalı tərəfindən "İlin adamı" elan olunub. Bu ada o, 2007-ci ildə layiq görülüb. ABŞ-ın "Forbes" jurnalı isə artıq 3 ildir ki, Vladimir Putini dünyanın ən nüfuzlu insanı adlandırır.