Avro bahalaşdı, dollar ucuzlaşdı - MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı həftənin ilk valyuta məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dolları ötən günə nisbətən manat qarşısında ucuzlaşıb. Mərkəzi Bank 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,0495 manat olaraq müəyyənləşdirib. Qeyd edək ki, sonuncu dəfə dolların manata qarşı məzənnəsi bu səviyyədə noyabrın 4-də olub.
Avronun kursunda ötən günə nisbətən bahalaşma müşahidə olunur. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,1482 manatdır. Bu avronun manata qarşı məzənnəsində noyabrın 4-dən bəri ən yüksək göstəricisidir.
Rusiya rublu yenə ucuzlaşıb. Hazırda 1000 rublun rəsmi kursu 15 manat 50 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün yeniləyir.