Bakı sakini boğazını kəsərək intihar edib

Bakıda dəhşətli intihar hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Pirallahı rayonunda qeydə alınıb. Rayon sakini, 1973-cü il təvəllüdlü Adil Ələkbərovun boğazı kəsilmiş meyiti yaşadığı evin hamamında aşkar edilib. İlkin ehtimala görə, A. Ələkbərov özü boğazını kəsərək intihar edib. Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv