Almaniya Suriyaya qoşun yeridə bilər - QANUN LAYİHƏSİ BUNDESTAQDA
Almaniya Suriyaya quru qoşunları göndərə bilər. APA TV-nin BBC-yə istinadən xəbərinə görə, Almaniya parlamentində Suriyada İŞİD-ə qarşı keçirilən hərbi əməliyyatlarda iştirak üçün bu ölkəyə quru qoşunları göndərilməsi ilə bağlı səsvermə keçiriləcək. Bundestaqın dəstəyini qazanacağı təqdirdə, rəsmi Berlin Suriyaya 1200 əsgər göndərməyi planlaşdırır. Bu da Almaniyanın Əfqanıstandan sonra xarici dövlətdəki hərbi əməliyyatlara qatılacaq ən irihəcmli hərbi qüvvəsi olacaq. Hökumətdəki mənbələrdən bildirilib ki, bu dəfə İŞİD-lə mübarizəyə qoşulacaq kontingentə hərbi aviasiya daxil deyil. Qeyd edək ki, sözü gedən məsələ ötən ay Parisdə həyata keçirilən terror aktlarından sonra gündəmə gəlib. Ötən həftə isə Almaniya Malidəki İŞİD qüvvələrinə qarşı mübarizədə fransızlara dəstək məqsədilə 650 nəfər hərbçi göndərib.