Ermənilər təsdiqlədi: bu gün tərxis olunacaq əsgər öldürülüb
Ermənilər ötən gecə cəbhə xəttində itki verdiklərini təsdiqləyiblər.
APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, Ermənistan Ordusunun əsgəri 20 yaşlı Erik Qriqoryan Azərbaycan Silahlı Qüvvələri ilə atışmada öldürülüb.
Məlumata görə, bu gün o, ordudan tərxis olunacaqmış.