Rusiyada polis maşını gülləbaran edildi: ölənlər var
Rusiyada naməlum şəxslər polis maşınını atəşə tutublar. APA TV-nin TASS-a istinadən verdiyi məlumata görə, hadisə Sankt-Peterburqda baş verib.
İlkin məlumatlara əsasən, hadisə nəticəsində iki polis əməkdaşı ölüb, biri yaralanıb.
“Life News” telekanalının xəbərində isə bildirilir ki, naməlum şəxslərin hücumuna inkassasiya avtomobilini müşayiət edən OMON maşını məruz qalıb.