“YARAT” Müasir İncəsənət Məkanında çalışan rəssamların əsərləri kitab halına salınıb
Müasir incəsənətin təbliğinə dəstək məqsədi ilə Azərbaycan Hüquqşünasları Konfederasiyası tərəfindən “Müasir hüquq ədəbiyyatı vasitəsi ilə müasir incəsənətin təbliği” adlı layihənin tanıtımı olub. Tədbirdə çıxış edən konfederasiyanın sədri, millət vəkili Əli Hüseynli bildirib ki, milli və beynəlxalq təşkilatların dəstəyi ilə konfederasiya tərəfindən nəşr olunan ədəbiyyatda “YARAT” Müasir İncəsənət Məkanı rəssamlarının əsərləri yer alıb.
“YARAT” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova çıxışında onlara işlərində göstərdiyi dəstəyə görə hər bir kəsə təşəkkürlərini bildirib. O “YARAT Müasir İncəsənət Məkanı” haqda da danışaraq onun müstəqil qeyri-hökumət təşkilatı olduğunu və əsas məqsədinin Azərbaycanda müasir incəsənətin inkişafına şəxsən yardım etmək, ölkədə və xaricdə sərgilər, festivallar, seminarlar, ustad dərsləri və respublika rəssamlarının təbliğinə yönəlmiş müxtəlif tədris-maarifləndirici tədbirlər keçirmək olduğunu deyib.
Deputat Rafael Hüseynov isə tədbirdə xeyirxahlıq və gözəlliyin birləşdiyini deyib.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, millət vəkili Fəttah Heydərov və digər şəxslər iştirak ediblər.