Hacıqabulda 17 yaşlı sürücü maşını beton dirəyə çırpdı
Hacıqabulda baş verən yol qəzasında 17 yaşlı sürücü ağır xəsarət alıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə saat 23.30 radələrində Hacıqabul-Şirvan magistralının 1-ci kilometrliyində qeydə alınıb.
Hacıqabul rayon sakini, 1998-ci il təvəllüdlü Abbasov Abbas Rasim oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobili böyük sürətlə körpünün beton dirəyinə çırpıb. Nəticədə avtomobilin sürücüsü ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstənin vəziyyətini ağır kimi qiymətləndirir.
Faktla bağlı Hacıqabul polis şöbəsində araşdırma aparılır.