Ermənistanda müxalifətin müddətsiz aksiyası: polislə toqquşmalar davam edir

İrəvanın Azadlıq meydanında nümayişçilərlə polis arasında toqquşma olub. APA TV-nin “News.am”a istinadən verdiyi məlumata görə, “Müxalifətin vahid qərargahı” qurumunun  rəhbəri Jirayr Sefilyan nümayişçiləri meydanda çadırlar qurmağa çağırıb.

 

Meydanı əhatəyə alan polis əməkdaşları çadırı müxalifətçilərin əlindən almaq istəyərkən toqquşma baş verib.

 

Jirayr Sefilyan bildirib ki, müxalfət nəyin bahasına olursa olsun qəti addımlar atmağa hazıdır: “Lakin bu prosesdə xalq da iştirak etməlidir. Dekabrın 6-da meydan insanlarla dolu olmalıdır”.

 

Qeyd edək ki, “Yeni Ermənistan” təşkilatı dekabrın 1-də mitinq və yürüş keçirərək, Azadlıq meydanında müddətsiz aksiyanın başlandığını bəyan edib.

 

Müəllif | Apa.Tv
Apa.tv