"Spartak"ın azarkeşləri Türkiyə bayrağını yandırdılar
Rusiyada futbol matçında Türkiyə bayrağı yandırılıb. APA TV-nin xəbərinə görə, hadisə futbol üzrə Rusiya çempionatının "Spartak" - "Krilya Sovetov" oyununda baş verib.
Türkiyə bayrağını yandıranlar ev sahibi komandanın azarkeşləri olub.
Qeyd edək ki, Türkiyənin F-16 qırıcı təyyarəsi hava sərhədini pozduğuna görə Rusiya SU 24-nü vurduqdan sonra iki ölkə arasında münasibətlər gərginləşib. Bəzi layihələr dayandırılıb, Türkiyə məhsullarına embarqo qoyulub. Gərginlik özünü idman sahəsində də göstərir. Bundan öncə Rusiya heyətinin Türkiyəyə gəlməməsi səbəbindən bir neçə oyun təxirə salınıb.