Yanğın baş verən platformada qalan işçilər sağdır, Rövnəq Abdullayev hadisə yerinə gedib

Yanğın baş verən platformada qalan işçilər sağ-salamatdırlar. APA TV-nin məlumatına görə, bu barədə “APA-Economics”ə “Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib. Qərargahdan bildirilib ki, SOCAR prezidenti Rövnəq Abdullayev də hazırda hadisə yerindədir. FHN-nin vertolyotu da hadisə yerinə cəlb olunub, qısa zamanda xilasetmə qayığı oradan götürüləcək.

 

Bundan başqa, platformada yanğının hələ də davam etdiyi bildirilib: “Dalğalar çox hündür olduğundan yanğınsöndürən gəmilər platformaya yaxınlaşa bilmir”.

 

Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv