Cahangir Hacıyev haqqında 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev saxlanılıb. Faktı APA-ya Daxili İşlər Nazirliyindən (DİN) təsdiqləyiblər. Cahangir Hacıyevi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb. Artıq Nərimanov rayon Məhkəməsində 3 ay müddətinə azadlıqdan məhrum etmə qərarı seçilib.  

 

C. Hacıyev Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddələri ilə ittiham olunur. Qərar elan olunduqdan sonra Cahangir Hacıyev Bakı İstintaq Təcridxanasına aparılıb. 

 

Qeyd edək ki, Cahangir Hacıyevin saxlanması haqqında ilk xəbəri strateq.az saytı yayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv