"Günəşli" yatağında keçirilən xilasetmə əməliyyatının VİDEO GÖRÜNTÜLƏRİ
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) "Günəşli" yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəzanın, orda aparılan axtarış-xilasetmə işlərinin və yanğınsöndürmə prosesinin görüntülərini yayıb.
Nazirlikdən APA TV-yə verilən məlumata görə, “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
FHN-in 2 yanğınsöndürən gəmisi, eyni zamanda SOCAR və bp şirkətlərinə məxsus daha 3 gəmi hazırda yanğının söndürülməsi işlərini həyata keçirir.
İtkin düşənlərin axtarışı da davam edir. Axtarışa FHN-in 1 təyyarəsi, 3 helikopteri, eyni zamanda Dövlət Sərhəd Xidmətinin 4 helikopteri cəlb olunub.
Dövlət Dəniz Administrasiyası vasitəsilə Xəzər dənizindəki bütün gəmilərə itkin düşənlərlə bağlı məlumatları bildirmək tapşırılıb.
Eyni zamanda Türkmənistan və İranının müvafiq qurumları, eləcə də dənizdə olan bütün üzən gəmilər itkin düşənlər barədə məlumatlandırılıb.