Kürdəmirdə oğurluq edən iki bacı və iki qardaş tutuldu
Səkkiz ay əvvəl Kürdəmir sakininin evindən oğurluq edən dəstə üzvləri tutulub. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Xırdapay kəndində baş verib.
Kənd sakini Xanım Mədət qızı Kərimova 20 aprel 2015-ci ildə yaşadığı evdən 9 min manat pulun oğurlanması barədə rayon polis şöbəsinə ərizə ilə müraciət edib. Rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakinləri Pərvanə Ramiz qızı Nadirova, Zarina Ramiz qızı Kərimova, İlqar Ayxan oğlu Abdullayev və onun qardaşı Alim tutularaq istintaqa təhvil veriliblər.
İlkin dindirmə zamanı oğurluq edən şəxslər əməllərini etiraf edib və peşman olduqlarını bildiriblər.
Faktla bağlı araşdırma aparılır.