Rəsulzadəni Azərbaycandan qaçıran Qaçaq Mayıl Mircəfər Bağırovun hansı xahişini rədd edib?
XI Qızıl Ordu əsgərlərinə qarşı güclü müqavimət göstərib, rejimin düşməni kimi tanınıb.
Şahdağ dağ sililəsində hər daşa bələd insan imiş....
XIX əsrdə qaçaq hərəkatınını şimal bölgəsinsə lideri kimi tanınıb həm də.
Ermənilərin və rus ordusunun Azərbaycanın müxtəlif rayonlarına o cümlədən Qubaya hücumlarının qarşısını alan ciddi simalardan biri, Quba, Siyəzən, Dəvəçıdə ermənilərin Bakıya gəlməinin qarşıını almaqda böyük xidmətlər göstərib, Dəvəçidə yerli qaçaqlar və silahlı rayon sakinləri ilə Beşbarmaq dağı ətrafından müqavimət göstərib XI Qızıl Orduya. Bu bölgədə erməniləri keçirdiyi ən ağır döyüşlərin və itkilərin əbəbkarı olub bu inan.
XI Qızıl Ordunun gəldiyi qatar Dəvəçinin Sarvan staniyasında məcburi saxlanılıb, sayca qeyri-bərabər gedən və sonradan "Sarvan döyüşü" adı ilə tarixə yazılan bu döyüşdə Qızıl Ordu xeyli canlı qüvvəsini itirmişdi.
Bu qaçaq şəxsi vəsaitləri hesabına o dövr üçün hərbin yeniliyi sayılan pulemyot və digər bahalı tüfəng növlərini əldə edirmiş. Onun Təngəaltındakı məhşur mağarasına məhz bu silahların mövcudluğu üzündən yaxın düşmək olmurmuş. Əslizadə biri olub deyirlər. Malı, mülkü, əmlakı olan biri. O üzdən ona "qaçaq ağa" da deyənlər tapılırmış. "Qaçaq olmağa məcbur elədilər. Amma ağa gözəl səslənirdi" deyirmiş. Və sevinirmiş bu müraciəti eşidəndə.
Qaçaq Maylılın Azərbaycan Demokratik Cümhuriyyətinin fəalları ilə sıx əlaqəsi və dost münasibətləri olub. O, şəxsən Məmməd Əmin Rəsulzadənin yaxın dostu olub. O Məmməd Əminin Lahıc həyatındanh xəbərdar olub. VƏ Məşədi Qaım adlı bir vaitəçi ilə daim Məmməd Əminin vəziyyəti barədə əlaqə saxlayırmış. Ona yardım edirmiş.
Qeyd edək ki, onun Fətəli xan Xoyski, Mircəfər Bağırov kimi şəxsiyyətlərlə də dostluq münasibətləri olub. O, Məmməd Əmin Rəsulzadənin Azərbaycanı tərk etməsində iştirak edib. Amma özü Mircəfər Bağırovun təkidinə və bütün cür yardımlarına baxmayaraq Azərbaycanı tərk etməyib. Bağırova son cavabı: “Vəzifəm qaçaq olub, adımın önünə o özü yazmalarına imkan vermərəm” deyib... O 1924-cü ildə qətlə yetirilib. Ölüm faktı ilə bağlı nə cinayət işi açılıb, nə də araşdırma aparılıb. Sadəcə bir mərd Azərbaycan övladının üstündən xətt çəkilib deyə bilərik...
Qaçaq Mayılın qızı Seyrə Zahirova hazırda Sumqayıt şəhərində yaşayır. 5 övladı, 29 nəvəsi var. 90 yaşlı bu qadın. 67 ildən artıqdır ki, doğma rayonunu və doğma Qonaqkənd kəndini tərk edib. Hazırda onun Qonaqkənddəki ata mülkündən orta məktəb binası kimi istifadə olunur. Bundan çox məmnunam deyir. Danışığı və səhhətində problem olduğundan onu üzürlü saymamızı istədi. Ürəyində bir arzuu var. İstəyir ki, atasının heç kimə etibar etmədiyi gizli sığınacağı olan o soyuq məzarda bir muzey yaradılsın. Qaçaq Mayılın xatirə muzeyi. Amma hələlik bu mümkün deyil. Çünki bu mağara Qaçaq Mayıl və onun ailəinin şəxi mülkiyyətidir. Buranın rəsmi xatirə muzeyinə çevrilməsi üçünə gərək ailə üzvləri bu əmlakı dövlətə bağışlaya. Məktəb binası kimi.
Qonaqkəndə getmək istədim. Hava şəraiti, yolların bərbadlığı və rayon mərkəzindən uzaq məsafədə yerləşməsi imkan vermədi... Qalsın gələn səfərə. Ruhun şad olsun Mayıl ağa....