Dollar, avro və rubl ucuzlaşdı - MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı həftənin ilk valyuta məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dolları dekabrın 4-ü ilə müqayisədə manat qarşısında ucuzlaşıb. Mərkəzi Bank 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,0499 manat olaraq müəyyənləşdirib.

 

Avronun kursunda da ucuzlaşma müşahidə olunur. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,405 manatdır.

 

Rusiya rublu yenə ucuzlaşıb. Hazırda 1000 rublun rəsmi kursu 15 manat 40 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün yeniləyir.

Müəllif | Apa.Tv
Apa.tv