Azərbaycan Ordusunun zabiti şəhid oldu

Azərbaycan Ordusunun zabiti şəhid olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, düşmən tərəfindən açılan atəş nəticəsində Silahlı Qüvvələrimizin zabiti, baş leytenant Abdulla Molla oğlu Mollayev ağır yaralanıb.

 

Yaralı zabit hospitala çatdırılaraq əməliyyat olunub. Ancaq buna baxmayaraq, hərbi qulluqçu vəfat edib.

 

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Müəllif | Apa.Tv
Apa.tv