Ərdoğanın İŞİD-lə neft alverində ittiham etdiyi rusiyalı oliqarx istefa verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İŞİD-lə neft alverində ittiham etdiyi rusiyalı iş adamı istefa verib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, 1995-ci ildən Dünya Şahmat Federasiyasının (FİDE) prezidenti olan Kirsan İlyumjinov postundan çəkilib.

 

Qərar Yunanıstanda keçirilən FİDE-nin növbədənkənar iclasında verilib. İlyumjinov istefasını ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində adının "qara siyahı"da olması ilə əlaqələndirib. Hazırda onun vəzifəsini Yunanıstanın Şahmat Federasiyasının rəhbəri icra edir.


Bu arada Kirsan İlyumjinov ABŞ-dan 50 milyard dollar təzminat tələb etdiyini açıqlayıb. O bildirib ki, Qərbin tətbiq etdiyi sanksiya siyahısına adı nahaqdan daxil edilib. İlyumjinov ABŞ Maliyyə Nazirliyinin bu addımı bilərəkdən, ya yanlışlıqla atdığını dəqiqləşdirmədiyini deyib.

Müəllif | Apa.Tv
Apa.tv