Türkiyə, Rusiya, Belarus və Qazaxıstan prezidentləri başsağlığı verdi

Dekabrın 6-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

 

Prezidentin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Türkiyə prezidenti “Günəşli” yatağında baş vermiş qəza nəticəsində insanların həlak olması ilə bağlı dövlət başçısına, mərhumların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

 

Azərbaycan prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

 

Azərbaycan Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə prezident İlham Əliyevin matəm elan edilməsi haqqında sərəncamından sonra bir neçə ölkə prezidentindən başsağlığı teleqramı ünvanlanıb. Belarus prezidenti Aleksandr Lukaşenko, Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidentinə dərin hüznlə başsağlığı verib, xəsarət alanlara şəfa diləyiblər.

Müəllif | Apa.Tv
Apa.tv