Azərbaycan Ordusu daha bir əsgərini itirdi
Təhlükəsizlik qaydalarının pozulması və silahla ehtiyatsız davranma nəticəsində gizir Əhmədov Ceyhun Fəxrəddin oğlu tərəfindən açılan atəşdən əsgər Adil Ağababa oğlu Quliyev vəfat edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə ilə bağlı gizir C.Əhmədov haqqında cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat etmiş əsgərin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!