İtkin düşən neftçilərdən 6-nın cəsədi tapıldı - RƏSMİ MƏLUMAT

Azərbaycan Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfərdən 3-nün cəsədi tapılıb.

 

Bu barədə "APA-Economics"ə "Azneft" İstehsalat Birliyindən məlumat verilib.

 

Tapılan şəxslərin kimliyi barədə hələlik məlumat verilmir. Bununla bağlı detallı açıqlama saat 16:00-da keçirilən brifinqdə veriləcək.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında isə bildirilir ki, bu gün saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib, cəsədlər helikopterin göyərtəsinə qaldırılıb.

 

Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib. Digər 4 cəsəd isə yaxın vaxtlarda sahilə çatdırılacaq. Axtarış əməliyyatı davam etdirilir.

 

Əlavə məlumat veriləcək.​

Müəllif | Apa.Tv
Apa.tv