Serbiyalı səfir Xocavənddə
Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç Xocavənd rayonunda səfərdə olub. Diplomat Rayon İcra Hakimiyyətində rəsmi şəxslərlə görüşdükdən sonra şəhid ailələrini ziyarət edib. Daha sonra Xocavənd rayonunda yaşayan və ailəsini tərk edib getməyən erməni xanım Jenya Zeynalova (Asoyan) ilə görüşüb, onun yaşayış tərzi ilə maraqlanıb.
Zoran Vayoviç Xocavənd rayonuna ilk dəfədir gəldiyini deyib. Diplomatın sözlərinə görə, o, yolboyu yerli əhalinin yaşayış tərzi ilə maraqlanıb. Daha çox məcburi köçkünlərin həyat səviyyəsi ilə maraqlındığını bildirən qonaq, əsas məqsədinin Qarabağ haqda həqiqətləri öz göləri ilə görməkdən ibarət olduğunu deyib.
Zoran Vayoviçin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəsinin mövqeyi də birmənalıdır.
Ölkəsinin də analoji problem yaşadığına dair sualı cavablandıran diplomat hesab edir ki, Qarabağ münaqişəsi onun öz vətənində yaşanan problemlərlə oxşardır. Amma bütün hallarda bu münaqişələrin sülh yolu ilə həllinə tərəfdardır.
Səfir rəsmi görüşdən sonra Xovavənd qəsəbəsində yaşayan erməni xanım Jenya Zeynalova (Asoyan) ilə görüşüb, onun yaşam tərzi ilə maraqlanıb. Şəhid ailələlərini də ziyarət edən diplomat qəsəbənin əsas orta məktəbində şagirdlərlə tarix və coğrafiya fənnlərinə dair sual-cavab edib. O, Xocavənd Mərkəzi Rayon Xəstəxanasının kollektivi ilə də görüşüb, səhiyyə müəssisəsindəki şəraitlə tanış olub.