Dənizdə keçirilən yanğınsöndürmə və xilasetmə əməliyyatının ƏN SON GÖRÜNTÜLƏRİ

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi davam edir. APA TV-nin məlumatına görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə gəmiləri cəlb olunub. Gəmilər yanğını lokallaşdırmaq üçün platformaya yüksək təzyiqli su vururlar. Fövqəladə Hallar Nazirliyi yanğının söndürülməsi və itkin düşmüş şəxslərin axtarışına dair ən son görüntüləri yayımlayıb.

 

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov da “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar hadisə yerində olub. Əraziyə baxış keçirən nazir baş vermiş yanğının söndürülməsi, itkin düşənlərin axtarışı işlərinin gedişi ilə yerində tanış olub. Sonra nazir Kəmaləddin Heydərov, SOCAR prezidenti Rövnəq Abdullayev, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev hadisə zonasında yaradılmış qərargahda birgə müşavirə keçirib, qəza-xilasetmə əməliyyatının gedişi ilə bağlı məsələləri müzakirə ediblər.

 

Müəllif | Apa.Tv
Apa.tv