Meyiti tapılan daha dörd neftçinin ADI AÇIQLANDI

Azərbaycan Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 65-70 kilometrliyində FHN-in helikopteri tərəfindən meyiti tapılan daha bir neftçinin şəxsiyyəti müəyyən olunub.

 

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsindən APA-ya verilən xəbərə görə, bu, 1984-cü il təvəllüdlü Mayılov Samir Cahangir oğlu (07.03.1984), 1957-ci il təvəllüdlü Quliyev Fəxrəddin Xancan oğlu, 1965-ci il təvəllüdlü İsgəndərov Habil Tağı oğlu və 1963-cü il təvəllüdlü Babayev Mikayıl İsmayıl oğludur.

 

Qeyd edək ki, bu gün saat 13:20 radələrində FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib. Onlardan Tağıyev Fuad Tahir oğlu (23.02.1981) və Mahmudov Ağa İzzət oğlunun (24.03.1968) cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Müəllif | Apa.Tv
Apa.tv