Düşmənin pilotsuz uçan aparatı məhv edildi

Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçan aparat məhv edilib. APA TV-nin xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumatda bildirilir ki, dekabrın 6-da Ermənistan silahlı qüvvələrinə məxsus kiçik ölçülü pilotsuz uçan aparat aşkarlanaraq Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə Qoşunlarının bölmələri tərəfindən sərrast atəşlə dərhal məhv edilib.

 

 

Müəllif | Apa.Tv