Yol kənarına dəyən maşın aşdı: 4 yaralı

Abşeron rayonunda ağır yol qəzası baş verib, dörd nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə Fatmayi-Goradil yolunda qeydə alınıb.

 

Seymur Ələsgərov "VAZ-21015" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil bardürə dəyib. Sürət yüksək olduğundan, daha sonra maşın aşıb.

 

Qəza nəticəsində avtomobili idarə edən Seymur Ələsgərov, maşının sahibi Tərxan Məmmədli, eləcə də sərnişinlər - Rəşad Səlimov və Rəhman Yaqubov xəsarət alıblar. Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadaları yaralıları Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar. Xəstəxanadan verilən məlumata görə, müxtəlif xəsarətlərlə daxil olan yaralıların vəziyyətləri orta ağır və ağırdır. Onların müalicəsi xəstəxanada davam etdirilir.

 

Faktı Abşeron Rayon Polis İdarəsi araşdırır. İdarənin istintaq şöbəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

Müəllif | Apa.Tv
Apa.tv