Donald Tramp: "ABŞ-ın qapıları müsəlmanların üzünə tam bağlanmalıdır"
ABŞ-da gələn il keçiriləcək seçkilərdə prezidentliyə namizədlik iddiasında olan Donald Tramp müsəlmanların Birləşmiş Ştatlara buraxılmamasını təklif edib.
APA TV-nin məlumatına görə, o bildirib ki, müsəlmanların önəmli hissəsi amerikalılara nifrət bəsləyir.
Donald Tramp bəyan edib ki, hər şey aydınlaşana qədər Amerikanın qapıları müsəlmanların üzünə tam bağlanmalıdır: "Biz bu problemi və gətirdiyi təhlükəni müəyyənləşdirənə, anlayana qədər ölkəmiz cihada inanan və insan həyatına hörmət etməyən şəxslərin qorxunc hücumlarının qurbanı olmamalıdır".
Donald Trampın bu bəyanatı Amerika müsəlmanlarının etirazlarına səbəb olub.
Ağ Ev isə respublikaçı siyasətçinin açıqlamasını "Amerika dəyərlərinə zidd" adlandırıb. Ağ Evin nümayəndəsi Ben Rhodes bildirib ki, Donald Tramp bu bəyanatı ilə ABŞ-ın milli təhlükəsizliyinə ziyan vurur.
Respublikaçılar Partiyasından prezidentliyə namizədlik iddiasında olan digər siyasətçi, Floridanın sabiq meri Ceb Buş da partiyadaşının bəyanatına etiraz edib. O, Twitter vasitəsilə Donald Trampın ağlının yerində olmadığını bildirib.