Moskvada avtobus dayanacağı partladıldı

Rusiyanın paytaxtı Moskvada avtobus dayanacağında partlayış baş verib. APA TV-nin məlumatına görə, Moskvanın mərkəzindəki Pokrovka küçəsindəki avtobus dayanacaqlarından birində baş verən partlayış nəticəsində üç nəfər yaralanıb.

 

Polis əməkdaşları hadisə yerində araşdırma aparıblar. İstintaqçıların ilkin rəyinə görə, partlayışa əldəqayırma partlayıcı səbəb olub. Partlayıcının hərəkətdə olan avtomobildən və ya yaxınlıqdakı çoxmərtəbəli binadan atıldığı güman edilir.

 

Faktla bağlı cinayət işi başlanılıb, şübhəlilərin saxlanılması istiqamətində tədbirlər görülür. 

Müəllif | Apa.Tv
Apa.tv