İranda "donuz qripi" 33 nəfərin həyatına son qoydu

İranda "donuz qripi" epidemiyası nəticəsində 33 nəfər ölüb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari bildirib.

 

Onun sözlərinə görə,  28 nəfər Kirman, 5 nəfər isə Sistan-Bəlucistan əyalətində həyatını itirib. Digər əyalətlərdə də xəstəliyə yoluxanlar var.

 

"Səhiyyə Nazirliyi xəstəliyin yaxın günlərdə ölkədə daha da yayıla biləcəyindən narahatdır", - deyə Səyyari vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv