Ermənilərin hərbi sığınacağı bir zərbə ilə məhv edildi - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ
Azərbaycan Ordusu düşmənin sığınacağını məhv edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinə məxsus sığınacaqda olan hərbi texnika sərrast atəşlə məhv edilib.
Nazirlik həmin əməliyyatın video görüntülərini də yayıb.