Xaçmazda minik maşını "KamAZ"a çırpıldı: 1 ölü
Bu gecə Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nın şimal bürosunun məlumatına görə, Xudat-Yalama yolunun Xaçmaz rayonunun Ləcət kəndi ərazisində keçən hissəsində minik avtomobili yük maşınına çırpılıb.
Xaçmaz rayonunun Ləcət kənd sakini, 1985-ci il təvəllüdlü Kərimov Kərim Ağaşirinoviçin idarə etdiyi 27 BA 442 dövlət nömrə nişanlı “VAZ-21011” markalı minik avtomobili Xaçmaz rayonunun Hacıisaoba kənd sakini, 1981-ci il təvəllüdlü Əmirhəmzəyev Arif Malikoviçin idarə etdiyi 27 BH 562 qeydiyyat nişanlı “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.