Dəhşətli qəza: 2 meyit avtomobildə sıxışdı

Ağdamda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin mxəbərinə göeə, Fövqəladə Hallar Nazirliyinin 112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə zamanı VAZ markalı iki minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobillərdən biri deformasiyaya uğrayıb, sürücü  və 1 nəfər sərnişin hadisə yerində ölüb. Xilasedicilər sıxılmış vəziyyətdə qalan meyitləri müvafiq qaydada nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv