İzmirdə miqrantları daşıyan gəmi batdı: 6 uşaq öldü

İzmirin Çeşmə qəsəbəsi sahillərində miqrantların olduğu gəmi batıb. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, göyərtəsində 13 nəfərin olduğu gəminin batması nəticəsində 6 uşaq ölüb.

 

Xilasedicilər gəmidə olan 5 miqrantı xilas edərək sahilə çıxarmağa müvəffəq olub. Bundan əlavə, gəmi qəzası nəticəsində itkin düşən iki nəfərin axtarışları davam edir.

 

Hadisə yerinə İzmir Sahil Mühafizə İdarəsinin xilasetmə qayıqları cəlb olunub. Miqrantların hamısının Əfqanıstan vətəndaşı olduğu deyilir.

Müəllif | Apa.Tv
Apa.tv