Astarada itkin düşən neftçilərin anım mərasimi keçirildi

Azərbaycan Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən neftçilərin xatirəsi bu gün Astarada ellikcə anılıb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, "Dənizə bir qərənfil ataq" adlı aksiya dənizkənarı bulvarda baş tutub.

 

Yüzlərlə astaralının qatıldığı tədbir zamanı həlak olan və itkin düşən neftçilərin xatirəsinə ehtiram əlaməti olaraq dənizin sahili və suları qırmızı qərənfillərə bələnib.

 

Qeyd edək ki, yanğın nəticəsində itkin düşənlərdən ən gənci olan 22 yaşlı Tural Babazadə Astaradandır. Tural rayonun Kakalos kəndində doğulub. Mərasim zamanı həmçinin Tural Babazadənin də xatirəsi anılıb, haqqında xoş sözlər dilə gətirilib.

 

Onu da bildirək ki, anım mərasimi axşam saatlarına kimi davam edəcək.

 

Müəllif | Apa.Tv