FHN neftçilərin meyitlərinin tapılmasının videogörüntüsünü yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar itkin düşənlərin axtarışı əməliyyatından videogörüntü yayıb.

 

FHN-dən APA TV-yə verilən məlumata görə, dekabrın 7-də qeydə alınmış videogörüntüdə nazirliyin xilasedicilərinin itkin düşənlərin meyitini helikopterə qaldırması əksini tapıb.

 

Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib. Hadisə baş verən zaman özüldə 63 nəfər olub. Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb. İtkin düşənlərdən 6-nın meyiti dünən tapılaraq sudan çıxarılıb, 23 nəfərin axtarışı davam edir.  

Müəllif | Apa.Tv
Apa.tv