Fuad Qəhrəmanlı həbs edildi
Ötən axşam Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı həbs olunub.
APA TV-nin məlumatına görə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Fuad Qəhrəmanlı barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verib. Daha sonra F.Qəhrəmanlı Nəsimi Rayon Məhkəməsinə gətirilib.
Məlumata görə, ona Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri üzrə ittiham irəli sürülüb.
Nəsimi rayon Məhkəməsi Fuad Qəhrəmanlı barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib. Onu vəkil Fəxrəddin Mehdiyev müdafiə edib.