Yasamalda piyada qəzaya səbəb oldu

Ötən gecə Bakıda piyada yol qəzasına səbəb olub. APA TV-nin məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

 

"Land Rover" markalı avtomobil İnşaatçılar prospekti ilə hərəkətdə olarkən piyada zolağı ilə keçən piyadaya yol vermək üçün maşını qəfil saxlayıb. Bu zaman arxadan gələn "Mercedes" ara məsafəsini düzgün saxlamadığı üçün "Land Rover"ə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, "Mercedes" deformasiyaya uğrayıb.

 

Hadisə yerinə Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları gəliblər. Sürücülərin ifadəsi alınıb. Araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv