Dollar ucuzlaşdı - MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı həftənin ilk valyuta məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dolları ötən günə nisbətən manat qarşısında ucuzlaşıb. Mərkəzi Bank 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,0496 manat olaraq müəyyənləşdirib.
Avronun kursunda ötən günə nisbətən bahalaşma müşahidə olunur. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,1387 manatdır.
Rusiya rublunun məzənnəsi isə dəyişməyib. Hazırda 1000 rublun rəsmi kursu 15 manat 20 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün yeniləyir.