SOCAR: Həlak olan neftçilərin hamısı xilasetmə jiletlərində olub
SOCAR "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın zamanı həlak olanların xilasedici jiletsiz olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.
APA TV-nin məlumatına görə, SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov bildirib ki, bu görüntülər həqiqəti əks etdirmir.
"Xilasedicilər tərəfindən tapılan meyitlərin real görüntüləri bizdə var. Ancaq biz bu şəkilləri ictimailəşdirərək rəhmətə gedən insanların ailələrinə hörmətsizlik etmiş olarıq. Bu insanların əynində jilet olub" - deyə baş mühəndis qeyd edib.