Ermənilər Qazaxın kəndini atəşə tutdu: ağır yaralı var

Ermənilərin Azərbaycanın Qazax rayonuna atdığı mərminin partlaması nəticəsində 16 yaşlı şəxs yaralanıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Qazax rayonunun Quşçu Ayrım kənd sakini, 1999-cu il təvəllüdlü Sadıqov Tural Cavanşir oğlu sol əlin didilmiş-dağılmış odlu silah xəsarəti və döş qəfəsinin qəlpə yarası ilə Qazax Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Mərkəzdə yaralıya dərhal tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Tural Sadıqov ermənilərin atdığı, evin həyətinə düşən mərminin partlaması nəticəsində xəsarət aldığını deyib.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli