Ermənilərin pilotsuz uçan aparatı məhv edildi

Dekabrın 9-da saat 9.00 radələrində Tərtər rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən pilotsuz uçan aparat vurulub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinə məxsus daha bir pilotsuz uçan aparat (PUA) Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.

Müəllif | Apa.Tv
Apa.tv