İmişlidə qanunsuz ov edənlər saxlanıldı
İmişlidə qanunsuz ov edən 2 nəfər saxlanılıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının Sarısu gölü ərazisində keçirdiyi reyd zamanı qanunsuz ovla məşğul olan İmişli rayon sakinləri - Zəkəriyyə Nadir oğlu Mirzəyev və Murtuz Məşdi oğlu Əliyev saxlanılıb. Hər iki şəxsdən ov tüfəngi, patronlar və 6 ədəd ovlanmış, o cümlədən adı "Qırmızı Kitab"a düşən Sultan toyuğu aşkar edilərək götürülüb.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.