FHN: İtkin düşənlərin axtarışı davam etdirilir

Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində dənizdə itkin düşənlərin axtarışları davam etdirilir.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, hava şəraitinin mürəkkəb və təhlükəli olmasına baxmayaraq, FHN bu gün də dənizdə itkin düşənlərin axtarış işlərini dayandırmayıb.

 

Hazırda nazirliyin 1 helikopteri şimal, şimal-şərq, digər helikopteri isə cənub istiqamətində axtarış işləri aparır.

 

Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri isə sahilboyu axtarış işlərini davam etdirir.

 

Qeyd edək ki, hadisə nəticəsində 23 nəfər itkin düşüb.

Müəllif | Apa.Tv
Apa.tv